`Artsax adında heç bir qurum tanımırıq` - İran səfirliyi


15:23     07 Fevral 2017 iran%20kino.jpg

İranın Azərbaycandakı səfirliyi Ermənistanın "Artsaxın səsi" qrupunun İranda konsert vermək niyyəti barədə Ermənistan KİV-də yayılmış məlumatı şərh edib.


Femida.az xəbər verir ki, İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məmmədrza Nəcəfi bildirib ki, bizim bütün tarixi və coğrafi adlara ehtiramımız var və bu adların dəyişməsinin əleyhinəyik:

O deyib ki, coğrafi adların dəyişdirilməsi beynəlxalq hüquqa ziddir: “Biz Artsax adında heç bir qurum tanımırıq. İranda da heç kəs belə bir qrup tanımır. İslam inqilabı günü müxtəlif ölkələrdən olan qruplar İranda çıxışı edir. Qrupun İranda çıxışı araşdırılır. Biz səfirlik olaraq bu barədə Tehrana məlumat vermişik. Hazırda dəqiqləşdirmələr aparılır”.

Femida.az

Açar sözlər:

Oxunub: 2373


Oxşar xəbərlər